Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayırbackend

Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ əmindir ki, Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır”.

NOCOMMENT.az xəbər verir ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan belə deyib.

Bəyanat BMT Təhlükəsizlik Şurasında keçirilən səsvermə zamanı Rusiyanın ABŞ və Yaponiyanın kosmosda nüvə silahının yerləşdirilməsinin qadağan edilməsi ilə bağlı təklif etdiyi qətnaməyə veto qoymasından sonra verilib.

Ceyk Sallivan əlavə edib ki, biz prezident Putinin açıq şəkildə Rusiyanın kosmosda nüvə silahı yerləşdirmək niyyətində olmadığını söylədiyini eşitmişik. Lakin belə olsaydı, Rusiya qətnaməyə veto qoymazdı.