Rusiya nüvə obyektlərinə edilən hücumları DAYANDIRMALIDIRbackend

Rusiya nüvə obyektlərinə edilən hücumları DAYANDIRMALIDIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada Rusiyanın işğalı və Ukraynada davam edən eskalasiyası fonunda təhlükə yaranıb.

NOCOMMENT.az xəbər verir ki, bunu BMT baş katibinin siyasi və sülh quruculuğu məsələləri üzrə müavini Rozmari Dikarlo deyib.

O, Moskvanı mülki şəxslərə və infrastruktura, o cümlədən nüvə obyektlərinə edilən hücumları dayandırmağa çağırıb:

“Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından iki il yarım keçsə də, qətl və dağıntılarda heç bir fasilə yoxdur. Dünyadakı dövlətlərin bir çoxu münaqişənin iqtisadi və siyasi nəticələrinin təsirləri ilə üzləşib. Müharibə nə qədər uzun davam edərsə, bu qlobal həmrəyliyə və dəstəyə ehtiyacı bir o qədər artır.

Rusiyanın enerji infrastrukturuna qarşı irimiqyaslı hücumları Ukraynanın enerji istehsal gücünü 68% azaldıb. Zaporojye atom elektrik stansiyasının kritik enerji təchizatını təhlükə altına alan məqamlarda davam edir. Nüvə obyektləri ilə bağlı istənilən hücum son dərəcə təhlükəli və məsuliyyətsiz hərəkətdir. Onlar dərhal dayandırmalıdırlar”.