Rusiya nüvə silahından istifadə edəcək? – Pentaqondan AÇIQLAMAbackend

Rusiya nüvə silahından istifadə edəcək? – Pentaqondan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Pentaqon Rusiyanın nüvə silahından istifadə etməyi planlaşdırdığına dair heç bir əlamət qeydə almayıb”.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinqh bildirib. Qeyd edib ki, nüvə qüvvələrimizin yerləşdirilməsini tənzimləmək üçün heç bir səbəb görmürük.

ABŞ Rusiyanın qeyri-strateji nüvə silahlarının istifadəsini sınaqdan keçirmək üçün başladığı təlimləri tamamilə məsuliyyətsizlik hesab edir.

Xatırladaq ki, bundan əvvəl Rusiya Müdafiə Nazirliyi məlumat verib ki, Baş Qərargah aviasiya və dəniz qüvvələrinin iştirakı ilə Cənub Hərbi Dairəsinin raket birləşmələri ilə təlimlərin keçirilməsinə hazırlığa başlayıb. Proses zamanı qeyri-strateji nüvə silahlarının hazırlanması və tətbiqi üzrə təcrübə keçmək üçün bir sıra tədbirlər həyata keçiriləcək.