Rusiya Odessada yaşayış binasını vurdu – İki nəfər öldübackend

Rusiya Odessada yaşayış binasını vurdu – İki nəfər öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zelenski, sosial media hesabındakı paylaşımında “Rusiyanın dinc əhaliyə qarşı mübarizəsini davam etdirdiyini” bildirərək, Rusiya ordusunun “Şahed” tipli pilotsuz uçuş aparatları ilə Xarkov, Odessa və Sumi vilayətindəki şəhərlərə hücum etdiyini bildirib.

NOCOMMENT.az xəbər verir ki, Odessada PUA-lardan birinin yaşayış binasını vurduğunu deyən Zelenski, “18 mənzil dağıldı. 2 nəfər həyatını itirdi, biri uşaq olmaqla 8 nəfər yaralandı. Ölənlərin ailələrinə və yaxınlarına başsağlığı verirəm” – deyə, paylaşımında qeyd edib. Zelenski hadisə yerində axtarış-xilasetmə işlərinin fasiləsiz davam etdiyini bildirib.

Onların hava hücumundan müdafiə sistemlərinə ehtiyacı olduğuna işarə edən Zelenski tərəfdaşlarına çağırış edib:

“Xalqlarımızı Rusiya terrorundan qorumaq üçün Ukraynanın hava qalxanını gücləndirməliyik. Bu sistemlər üçün daha çox hava hücumundan müdafiə sistemi və daha çox raket həyatı xilas edəcək”.