Rusiya Odessanı atəşə tutub – Ölən və yaralananlar varbackend

Rusiya Odessanı atəşə tutub – Ölən və yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Silahlı Qüvvələri Ukraynanın Odessa şəhərini atəşə tutub. 

NOCOMMENT.az xəbər verir ki, bu barədə Odessa vilayət hərbi administrasiyasının sədri Oleh Kiper bildirib.

Onun sözlərinə görə, Rusiya ordusu şəhərə ballistik raketlərlə hücum edib. Hadisə nəticəsində üç nəfər ölüb, üç nəfər isə yaralanıb. Yaralılara bütün lazımi tibbi yardım göstərilir. Mülki infrastruktura ziyan dəyib.

Xatırladaq ki, Rusiya Silahlı Qüvvələrinin bir milyona yaxın əhalisi olan Odessa şəhərinə sonuncu hücumu aprelin 29-da gerçəkləşdirilib. Həmin hücum nəticəsində isə 5 nəfər ölüb, 23 nəfər yaralanıb.