Rusiya ordusu DXR-də mülki şəxslər üçün dəhliz yaradırbackend

Rusiya ordusu DXR-də mülki şəxslər üçün dəhliz yaradır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Silahlı Qüvvələri Donetsk Xalq Respublikasının (DXR) Konstantinopol şəhərindən dinc sakinlərin çıxarılması üçün xüsusi dəhliz yaradıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Müdafiə Nazirliyi məlumat verib.

Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya hərbçiləri artıq dördü azyaşlı olmaqla on nəfəri Konstantinopoldan təxliyə ediblər.

“Hərbi heyət bu məqsədlə elektron döyüş texnikasını yerləşdirərək xüsusi dəhliz yaradıb, PUA operatorları isə qruplaşmanı təhlükəsiz marşrut üzrə idarə etmək üçün pilotsuz uçuş aparatlarından istifadə ediblər”, – Müdafiə Nazirliyi bildirir.

Bundan əvvəl Rusiya ordusunun Ukraynanın neft sənayesi obyektlərinə zərbələr endirdiyi bildirilirdi.