Rusiya ordusu Donetsk Xalq Respublikasının (DXR) Krasnıy Liman bölgəsini yarıb.
NOCOMMENT.az bu barədə RV Telegram kanalına istinadən xəbər verir.
Kanal mənbə kimi Ukrayna hərbi analitiklərinə, o cümlədən DeepState-ə istinad edir. Torskoye və Krasnı Liman arasındakı ərazini yenidən rəngləyərək, onu “boz zona” kimi təsnif etdilər.
Onların məlumatına görə, rus hücum qrupları şərqdən Krasnı Limana daxil olmağa başlayıb.
Rusiya ordusu DXR-in inzibati sərhədlərinə çatmaq missiyasını davam etdirir. Oktyabrın 18-də Müdafiə Nazirliyi Pleşçeyevonun Rusiyanın nəzarətinə keçdiyini elan etdi.













