Rusiya ordusu Odessanı vurdu: Ölənlər varbackend

Rusiya ordusu Odessanı vurdu: Ölənlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ordusu Ukraynanın Odessa vilayətini raket hücumu təşkil edib.

NOCOMMENT.az xəbər verir ki,Ukrayna Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, Rusiya ordusu gecə saatlarında qanadlı raketlər, “İsgəndər” ballistik raketləri və İran istehsalı olan Şahed-136/131 pilotsuz uçuş aparatları (PUA) ilə Xarkov və Odessa bölgələrini hədəfə alıb.

Hücum nəticəsində 3 mülki şəxs həyatını itirib, biri hamilə qadın və 2-si uşaq olmaqla 27 nəfər isə yaralanıb.

Məlumata görə hava hücumundan müdafiə sistemləri 2 qanadlı raketlə 20 PUA-nı vurub.

NOCOMMENT.AZ