Rusiya ordusu ölkənin şimal-şərqində təlimlərə başlayıbbackend

Rusiya ordusu ölkənin şimal-şərqində təlimlərə başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Müdafiə Nazirliyi ölkənin şimal-şərqində “Finval-2023” adlı hərbi təlimin başladığını açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, Nazirlikdən verilən açıqlamada Rusiya Hərbi Dəniz Qüvvələrinin komandanı Nikolay Yevmenovun komandanlığı altında keçirilən təlimin Şimal dənizi yolunun qorunması məqsədi daşıdığı qeyd edilib.

Açıqlamada taktiki təlimin Berinq dənizində, Çukotka sahilləri və yarımadada keçirildiyi, təxminən 10 min hərbçinin və 50-dən çox hərbi texnikanın, o cümlədən gəmilər, sualtı qayıqlar, təyyarələr, Manevtə vertolyotlar və sahil raket sistemləri qatıldı.

“Təlimlərin bütün hissələri müdafiə xarakterlidir və Rusiyanın şimal-şərq sərhədlərində əməliyyatlar üçün qüvvələr və qoşunların hazırlığının təkmilləşdirilməsinə yönəlib”, – deyə məlumatda bildirilir.