Rusiya Silahlı Qüvvələri yüksək dəqiqlikli uzaqmənzilli hava bazalı silahlarla Ukraynanın Rovno vilayətinin Dubno şəhəri yaxınlığında taktiki aviasiya təyyarələrinin yerləşdiyi aerodroma güclü zərbə endirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qurumun açıqlamasına görə, bu hücum Ukrayna Silahlı Qüvvələrinin Rusiya hərbi aerodromlarına qarşı həyata keçirdiyi “terror aktlarına” cavab tədbirlərindən biridir.
Bundan əlavə, Rusiya ordusu yüksək dəqiqlikli uzaqmənzilli silahlar və pilotsuz uçuş aparatları ilə Ukrayna ordusunun silah və hərbi texnika istehsal edən müəssisələrinə, həmçinin sursat və texnika anbarlarına zərbələr endirib. Nəticədə döyüş dronlarının yığılması ilə məşğul olan sexlər də məhv edilib.