Rusiya ordusu Xarkov vilayətinin Kupyansk şəhərinə daxil oldubackend

Rusiya ordusu Xarkov vilayətinin Kupyansk şəhərinə daxil oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Silahlı Qüvvələri Xarkov vilayətində yerləşən Kupyansk şəhərinə daxil olub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “İdi i smotri” Telegram kanalı mənbəyə istinadən məlumat yayıb.

“Rusiya ordusu birbaşa Kupyanska daxil olub, hazırda döyüşlər gedir”, — deyə paylaşımda bildirilir.

Məlumata görə, döyüşlər şəhərin şimal kənarlarında baş verir.

Mənbənin sözlərinə əsasən, Rusiya Hərbi Hava Qüvvələri də Ukrayna Silahlı Qüvvələrinin (USQ) şəhərdəki mövqelərinə güclü aviazərbələr endirib.

Bundan əlavə, Kupyansk şəhərinin şimal və cənub hissələrində, Ukrayna qüvvələrinin cinahlarında da döyüşlərin davam etdiyi qeyd olunur.