Rusiya ordusuna 117 mindən çox müqaviləli və könüllü əsgər cəlb edildibackend

Rusiya ordusuna 117 mindən çox müqaviləli və könüllü əsgər cəlb edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ilin əvvəlindən bəri Rusiya ordusuna 117 mindən çox müqaviləli və könüllü əsgərin cəlb olunduğunu açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, Medvedev paytaxt Moskvada səlahiyyətlilərlə keçirdiyi görüşdə Rusiya ordusu üçün müqaviləli kadrların cəlb edilməsi ilə bağlı işlərin müvafiq orqanlar tərəfindən aparıldığını bildirib.

Medvedev müqaviləli əsgərlərin işə qəbulunun davamlı olaraq davam etdiyini bildirib.

“Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, görülən tədbirlər sayəsində yanvarın 1-dən indiyədək 117 mindən çox müqaviləli və könüllü əsgər cəlb olunub” deyə o qeyd edib.

NOCOMMENT.AZ