Rusiya  parçalanacaq- Ukrayna kəşfiyyatıbackend

Rusiya parçalanacaq- Ukrayna kəşfiyyatı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynadakı müharibə Rusiya Federasiyasında hakimiyyətin dəyişməsi, qoşunların işğal olunmuş ərazilərdən çıxarılması və ya ölkənin bir neçə hissəyə bölünməsi ilə başa çatacaq.

NOCOMMENT Modern.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov “Ukrayinska Pravda”ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiyanın iki yolu var.

“Birincisi, Rusiyanın ərazi bütövlüyünü formal olaraq qoruyub saxlamaqla siyasi rəhbərliyin dəyişməsidir. Mən vurğulayıram – formal olaraq. Bu variantda hamı şəxsən Putini və onun ən yaxın adamlarını günahlandıracaq və Rusiyanın bu müharibə ilə heç bir əlaqəsinin olmadığını deyəcək. Onlar dünyanın bütün işğal olunmuş ərazilərindən qoşunlarını çıxaracaqlar. İşğal olunmuş ərazilər əsasən mənsub olduqları ölkələrə – Gürcüstana, Yaponiyaya, Almaniyaya qayıdacaq”, – Budanov bildirib.

“Bu ssenaridə Rusiya sivil dövlət kimi fəaliyyətini bərpa edəcək, dolayısı ilə sıfırdan başlayacaq, belə deyək.
İkinci variant isə Rusiyanın üç və ya daha çox yerə bölünməsidir. Rusiyanı üç və bəlkə də daha çox hissəyə – yeni müstəqil dövlətlərə bölmək olar” – Budanov əlavə etdi.

Bundan əvvəl Budanov bildirmişdi ki, Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı başqa, daha real variantları var idi, lakin o, açıq təcavüzün tamamilə gülünc variantını seçib.

Putinin planının əsas cəhəti müharibənin üçüncü günündən gec olmayaraq Kiyevin inzibati binalarını ələ keçirmək, onuncu gündən gec olmayaraq aktiv hərbi fazanı başa çatdırmaq, yəni istənilən müqaviməti tamamilə məhv etmək idi.