Rusiya polisi məscidə basqın etdi – VİDEObackend

Rusiya polisi məscidə basqın etdi – VİDEO  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada çevik qüvvələr polisi dindarları müharibəyə aparmaq üçün məscidə basqın edib.

NOCOMMENT.az xəbər verir ki, Moskva vilayətinin Elektrostal şəhərində çevik qüvvələr polisi namaz qılınarkən məscidə basqın edib və sənədləri yoxlamağa başlayıb.

Cəmi 575 nəfər yoxlanılıb, onlardan 209-u əcnəbi və 16-sı qanunsuz immiqrant olub. Otuz yeddi nəfər yerli hərbi qeydiyyat və komissarlığa aparılıb. Məlum olub ki, onlardan 34-ü hərbi xidmətə yazılmayıb, amma çağırış bildirişi alıb.