Rusiya Polşaya raket atılması ilə bağlı açıqlama YAYDIbackend

Rusiya Polşaya raket atılması ilə bağlı açıqlama YAYDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya tərəfi Polşa ərazisinə raket düşməsi ilə bağlı xəbərlərə münasibət bildirib.

NOCOMMENT.az xəbər verir ki, məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

“Polşa KİV-lərinin və rəsmilərinin Rusiya raketlərinin Prjevoduv ərazisinə düşməsi ilə bağlı açıqlamaları məqsədli təxribatdır”, – açıqlamada deyilir.

Xatırladaq ki, Rusiya ordusu bu gün Ukraynaya 100-ə yaxın raket atıb. Raketlərdən ikisi Polşanın Ukrayna ilə sərhəddə yerləşən Prjevoduv şəhərinə düşüb. Hadisə nəticəsində iki nəfərin öldüyü bildirilir.

modern