Avqustun 28-nə keçən gecə rus ordusu Ukraynanın Poltava vilayətinə hücum edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “UNİAN” yazır.
“Bu gün düşmən Poltava vilayətinə hücum edib. Sənaye obyektində zərbə var. Həlak olanlar barədə məlumat dəqiqləşdirilir”, – Poltava vilayətinin hərbi administrasiyasının rəhbəri Dmitri Lunin deyib.
Onun sözlərinə görə, hadisə nəticəsində 2 nəfər həlak olub, iki nəfər yüngül xəsarətlərlə xəstəxanaya çatdırılıb, daha 2 nəfərlə bağlı isə məlumat yoxdur.
“Axtarış işləri və dağıntıların çıxarılması davam edir. İstehsalat sexi də tamamilə dağılıb”, – OVA rəisi əlavə edib.