Rusiya Qarabağa daha 2 təyyarə göndərdibackend

Rusiya Qarabağa daha 2 təyyarə göndərdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya hərbi-nəqliyyat aviasiyasının iki An-124 “Ruslan” təyyarəsi Yerevandakı hava limanına zirehli texnika və sülhməramlı briqadanın bölmələrinin şəxsi heyətini çatdırıb.

NOCOMMENT xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

“Hava gəmiləri 10 ədəd BTR-82A tipli zirehli transportyor, maddi-texniki təminat vasitələri, həmçinin sülhməramlı birləşmənin bölmələrinin 30-a yaxın hərbi qulluqçusu gətiriblər”, – məlumatda deyilir.

Qeyd olunur ki, yüklərin boşaldılmasından, bölmələrin texnikalarının yoxlanılmasından və hazırlanmasından sonra Qoris şəhərindəki cəmləşmə ərazisinə üç yüz kilometrlik yürüş həyata keçiriləcək.

Daha əvvəl Qarabağa 20 təyyarənin və 170 sülhməramlı göndərilməsi barədə xəbər verilmişdi.

Xatırladaq ki, Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdiriləcək.