Rusiya Qarabağda silahdan istifadə edə bilməz – Koçaryanbackend

Rusiya Qarabağda silahdan istifadə edə bilməz – Koçaryan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yol açılacaq, amma şərtlərlə, biz güzəştə getməyə məcburuq”.

NOCOMMENT.az xəbər verir ki, bunu erməni mediasına müsahibəsində media eksperti Tiqran Koçaryan deyib.

“Azərbaycan və onu dəstəkləyən geosiyasi mərkəzlər anlayırlar ki, hazırda Qarbağın “zəbt edilməsi” üçün iki yaxşı şərait var. Birincisi, Ermənistan nəhayət Qarabağı tərk edib və onun əhalisinin təhlükəsizliyini təmin etmək niyyətində deyil. İkincisi, Rusiyanın əli müxtəlif səbəblərdən bağlıdır, o mənada ki, Rusiya Qarabağda silahdan istifadə edə bilməz, çünki orada sülhməramlı missiya var.

Rusiya sülhməramlılarını silahdan istifadə etməyə məcbur olsa, gələcəkdə Rusiya kontingenti oradan çıxarılacaq. Ölkənin başında kimin dayandığını nəzərə alsaq, Ermənistanın davranışı mənim üçün qəribə deyil. Amma “120 min” erməni pasportu olan “dövlət”in barmağını belə qaldırmayanda bu qəribədir”, – deyə Koçaryan bildirib./Konkret.az