Rusiya Qarabağda sülhməramlıların sayını artırmağı planlaşdırırbackend

Rusiya Qarabağda sülhməramlıların sayını artırmağı planlaşdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinlə görüşü zamanı Qarabağda 330 yerlik blok-modul hərbi şəhərciyin işə salındığını bildirib.

O həmçinin əlavə edib ki, 1 aprel 2021-ci ilə qədər daha 32 modul şəhərciyin salınması planlaşdırılır. Bu o deməkdir ki, müvəqqəti kontingentin sayı dəfələrlə artacaq – 2000-dən 10000 nəfərədək.

NOCOMMENT turan-a istinadən xəbər verir ki, kontingentin sayının artırılması haqqında rəsmən heç nə deyilməyib və onun genişləndirilməsi Azərbaycanla əlavə razılaşdırma tələb edəcək.

Lakin nəzərə alsaq ki, Şoyqu Müdafiə Nazirliyinin planlarını səsləndirib, bu, o deməkdir ki, məsələ Bakı ilə razılaşdırılıb.

2 min kv.km. sahəsi olan belə kiçik region üçün 10 minlik kontingent xeyli çoxdur və daha çox burada Rusiya hərbi bazasının yerləşdirilməsi planlarına işarə edir.

Məlum olduğu kimi, Rusiya hərbçilərinin münaqişə zonasında qalma şərtləri Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev, həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanın 9 noyabr 2020-ci il tarixli bəyanatında əksini tapıb.

Sənədə əsasən Rusiya kontingenti 1 960 hərbi qulluqçudan, 90 BTR380 ədəd avtomobil və digər xüsusi texnikadan ibarətdir. KİV-in məlumatına görə, Rusiya kolonların havadan müdafiəsi üçün vertolyotlardan istifadə edir. Kontingentin qalma müddəti beş ildir. Tərəflərdən heç birinin etirazı olmadığı halda avtomatik olaraq məhdudiyyətsiz şəkildə həmin müddətə uzadılır.