“Rusiya qazının Ukraynadan tranzitindən imtina qiymət artımına səbəb olacaq”backend

“Rusiya qazının Ukraynadan tranzitindən imtina qiymət artımına səbəb olacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya qazının Ukrayna ərazisindən keçməklə Avropa ölkələrinə nəqlinin dayandırılması dünya bazarında yanacağın qiymətinin artmasına səbəb olacaq.

NOCOMMENT.az xəbər verir ki,bunu lenta.ru-ya Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin eksperti, Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı analitiki İqor Yuşkov deyib.

“Bu, qiymətləri yüksəldəcək və ayrı-ayrı ölkələr üçün problemlər yaradacaq, lakin Avropa İttifaqı üçün heç bir fəlakət olmayacaq. Baxmayaraq ki, real oyunçuların heç biri bunu istəməz”, – deyə analitik qeyd edib.

Yuşkov hesab edir ki, son iki il ərzində Avropa artıq Rusiya Federasiyasından enerji resurslarının alışını əhəmiyyətli dərəcədə azaldıb. Belə ki, 2021-ci ildə regiona təxminən 160 milyard kubmetr Rusiya qazı daxil olubsa, 2023-cü ildə bu qazın dəyəri cəmi 27-28 milyard kubmetr olub ki, bunun da cəmi 14,5 milyard kubmetri Ukrayna ərazisindən keçib.