Rusiya Qəzza əhalisi üçün yeni humanitar yardım göndərirbackend

Rusiya Qəzza əhalisi üçün yeni humanitar yardım göndərir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya yaxın günlərdə Qəzza zolağının sakinləri üçün humanitar yardım daşıyan nəqliyyat təyyarəsini Misirin Əl-Arişinə göndərəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“Yaxın günlərdə Misir Hərbi Hava Qüvvələrinin Əl-Ariş aviabazasına Qəzza zolağının sakinləri üçün humanitar yük daşıyan İl-76 nəqliyyat təyyarəsinin uçması planlaşdırılır”, – RİA Novosti mənbəyə istinadən xəbər verir.

Agentliyin məlumatına görə, Rusiya humanitar yardımı aviabazadakı Misir Qızıl Aypara Cəmiyyətinin nümayəndələrinə ötürüləcək.