Rusiya qırıcılarının qarşısı alındı – Rumıniyabackend

Rusiya qırıcılarının qarşısı alındı – Rumıniya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO-nun hava patrulunu həyata keçirmək üçün Baltikyanı ölkələrdə yerləşən Rumıniya qırıcıları Rusiyanın iki Su-27 təyyarəsini təqib edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rumıniya Hərbi Hava Qüvvələrinin məlumatında bildirilib.

“Beynəlxalq sular üzərində uçan NATO-nun məsuliyyət zonasında iki naməlum təyyarə aşkar olunub. Standart prosedurlara uyğun olaraq, Rumıniya F-16-ları hava vəziyyətini aydınlaşdırmaq üçün xəbərdarlıq edib. Bundan sonra Rusiya qırıcıları təhlükəsiz şəkildə oradan uzaqlaşdırılıb”, – məlumatda qeyd olunub.