Rusiya Qoşulmama Hərəkatında müşahidəçi olmaq niyyətindədirbackend

Rusiya Qoşulmama Hərəkatında müşahidəçi olmaq niyyətindədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Qoşulmama Hərəkatında müşahidəçi statusu əldə etmək üçün təşkilatın sədri Azərbaycanla yaxından təmasdadır.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı bildirib.

Onun dediyinə görə, son vaxtlar Rusiyanın Qoşulmama Hərəkatının üzv ölkələrilə əksər beynəlxalq məsələlərdə mövqe bənzərliyi baxımından yaxın əməkdaşlıq əlaqələri yaranıb: “Ona görə də Rusiyanın statusunu yüksəltmək təşəbbüsü tam məntiqlidir”.

Qeyd edək ki, oktyabr ayının 22-də Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin Qoşulmama Hərəkatında müşahidəçi statusu əldə etmək niyyətində olduqlarını bildirmişdi.