Suriyadakı Rusiya hərbi kontingentinin şəxsi heyəti müxalif qüvvələrin uğurları – Hələbin ələ keçirilməsi, Həma bölgəsində hərbi əməliyyatlar və Homsa irəliləməsi səbəbindən depressiyaya düşüb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Qeyd olunur ki, Suriya hökumət ordusu və işğalçı Rusiya dövlətinin hərbi birləşmələri xeyli itki verir, mövqelərdən qaçır, silah və texnikanı geridə qoyur – geri çəkilmə xaotikdir.
Kəşfiyyat məlumatlarına görə, hərbi toqquşmaların getdiyi Həma şəhərinə təcili olaraq ərəb-rus tərcüməçiləri göndərilir.
Həmçinin bildirilir ki, Rusiya hərbçilərinin Suriyada planlaşdırılan rotasiyaları dayandırılıb.
“Moskva liderləri Yaxın Şərq ölkəsinə yardım etmək üçün “özəl hərbi şirkətlərdən” muzdlu əsgərlər göndərmək qərarına gəliblər – döyüşçülərin, ehtimal ki,” Afrika korpusu “dan gəlməsi gözlənilir”, – deyə Baş Kəşfiyyat İdarəsi məlumat verir.