Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrinin müvəqqəti yerləşdirmə məntəqəsini məhv ediblərbackend

Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrinin müvəqqəti yerləşdirmə məntəqəsini məhv ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Silahlı Qüvvələrinin “Qradları” Dnepr çayının sağ sahilində Ukrayna Silahlı Qüvvələrinin müvəqqəti yerləşdirmə məntəqəsini məhv ediblər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, “Qrad” artilleriyaçılarının heyəti Hava Desant Qüvvələrində xidmət edir. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin bir taqımı döyüş tapşırığı zamanı məhv edilib.

Bundan əvvəl Rusiya hərbçiləri Dnepr sahillərində idarəetmə mərkəzini və Ukrayna Silahlı Qüvvələrinin katerlərinin olduğu anbarı məhv ediblər.