“Azərbaycan ilə İran sərhədində iki ölkənin yollarını birləşdirəcək və Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında ən qısa, rahat gediş-gəlişi təmin edəcək körpülərin tikintisinə başlanılıb”.
NOCOMMENT modern-ə istinadən xəbər verir ki, bunu Ermənistanda səfərdə olan Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.
“Eyni zamanda, Ermənistan ərazisindən, yəni Mehridən keçəcək dəmir və avtomobil yolunun tikilməsi Ermənistanın mövqeyindən asılıdır. Hazırda İran ərazisində Ermənistandan yan keçən yol çəkilir. Bu yolun inşası, təxminən, 2024-cü ilə qədər başa çatacaq. Bu yol İran, Türkiyə və əsasən Avropa bazarlarına çıxışı təmin edəcək. “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin infrastrukturu böyük ölçüdə mövcuddur. Bunun vasitəsilə avtomobil və dəmir yolu daşımaları həyata keçirilir. Bununla belə, bu yol daşımalarla bağlı gözlənilən artıma cavab vermir. Odur ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin modernləşdirilməsinə və ötürücülük qabiliyyətinin artırılmasına ehtiyac var”, – deyə Rusiya rəsmisi bildirib.