Rusiya səfiri Baydeni Putini təhqir etdiyinə görə tənqid edibbackend

Rusiya səfiri Baydeni Putini təhqir etdiyinə görə tənqid edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinə hücumları ilə bütün Rusiya xalqını təhqir edir.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib.

“Mən bu cür davranışı hər hansı bir məsuliyyətli siyasətçi, o cümlədən ölkə rəhbəri üçün qəbuledilməz hesab edirəm”, – diplomat bildirib.

O qeyd edib ki, “şifahi kobudluq” və Rusiya liderinin imici bahasına özünü göstərmək cəhdləri Vaşinqtonun qəzəbini əks etdirir, çünki Rusiya dünya nizamına meydan oxuyur. Antonov Amerika hakimiyyətini Rusiyanın milli maraqlara əsaslanan müstəqil və suveren siyasətini davam etdirməsi faktı ilə barışmağa çağırıb.

Qeyd edək ki, Bayden Vest Poynt (Nyu-York) şəhərində ABŞ Hərbi Akademiyasının məzunları qarşısında çıxış edərkən Rusiya lideri haqqında təhqiramiz ifadələr işlədib və onu “qəddar tiran” adlandırıb.