Rusiya səfiri Belyaev İsveç Xarici İşlər Nazirliyinə çağırılıbbackend

Rusiya səfiri Belyaev İsveç Xarici İşlər Nazirliyinə çağırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya səfiri Sergey Belyayev İsveç Xarici İşlər Nazirliyinə çağırılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə XİN rəhbəri Mariya Stenerqaard “X” sosial şəbəkəsindəki səhifəsində bildirib.

Onun sözlərinə görə, Rusiya səfiri “Rusiyanın Ukraynaya qarşı davam edən təcavüzü, Ukrayna şəhərlərinə və mülki əhaliyə hücumları” ilə əlaqədar Xarici İşlər Nazirliyinə çağırılıb.

O, İsveç hökumətinin Ukraynada ədalətli və davamlı sülh görmək istədiyini və lazım olduğu müddətdə Ukraynanı dəstəkləyəcəyini vurğulayıb.