Rusiya səfiri: “Biz Ermənistanla Azərbaycan arasında sülhün əldə olunmasına kömək etməyə hazırıq”backend

Rusiya səfiri: “Biz Ermənistanla Azərbaycan arasında sülhün əldə olunmasına kömək etməyə hazırıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Ermənistanla Azərbaycan arasında sülhün əldə olunmasına maksimum köməklik göstərməyə hazırdır.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki,bu barədə bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.

“Rusiya tərəfi bu istiqamətdə çox fəal, israrlı, ardıcıl işləyib və fəaliyyətini davam etdirir. Ölkəmiz bu prosesə maksimum köməklik göstərməyə, Ermənistan və Azərbaycan arasında həqiqətən də dayanıqlı, ədalətli sülh nizamlanmasına nail olmağa sadiqdir”, – o bildirib.

Onun sözlərinə görə, Moskva regionda sabit sülhün olmasında maraqlıdır: “Biz münasibətlərin normallaşması prosesini dəstəkləyirik. Rusiya hər zaman bu istiqamətdə bütün aspektlərdə işləməyə hazır olduğunu vurğulayır, istər sülh sazişinin imzalanması, Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası, demarkasiyası, kommunikasiyaların açılması bu kimi məsələlərdə işləməyə hazırıq”.

O əlavə edib ki, müvafiq üçtərəfli strukturlar yaradılıb və Rusiya bu prosesdə fəal iştirak edir: “Rəsmi Moskva bu istiqamətdə fəal işə sadiq olub və sadiq qalacaq. Bu məsələ bizim üçün həyati əhəmiyyət kəsb edir. Cənubi Qafqaz bizim üçün çox mühüm regiondur, bölgənin sabit və firavan olması maraqlarımıza cavab verir”.