NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiyanın Berndəki səfiri Sergey Qarmonin İsveçrədə anti-Rusiya əhval-ruhiyyəsinin zəiflədiyini, yerli sakinlərin Ukraynadakı münaqişə və Rusiya ilə Qərb arasındakı qarşıdurma ilə bağlı fikirlərinin dəyişdiyini söyləyib.
O, qeyd edib ki, 2022-ci ildə bu cür əhval-ruhiyyə bu Avropa ölkəsində açıq şəkildə özünü göstərib.
“İndi görürəm ki, onlar tədricən sönür. İsveçrəli adi insan Ukraynadan və qaçqınlarla bağlı problemlərdən yorulmağa başlayır. Biz təkcə yerli KİV-lərdə tez-tez sifarişli anti-Rusiya xarakteri daşıyan nəşrləri deyil, həm də adi isveçrəlilərin şərhlərini diqqətlə izləyirik”, – diplomat bildirib.
Onun sözlərinə görə, İsveçrə sakinləri Ukraynadakı münaqişəyə və Rusiyanın kollektiv Qərblə qarşıdurmasına getdikcə daha ayıq baxırlar.