Rusiya səfirliyinin nümayəndəsi Ukrayna ərazisinə endirilən zərbələrlə bağlı rəsmi etirazını bildirmək üçün Litva Xarici İşlər Nazirliyinə çağırılıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Litva Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsində dərc olunmuş mesajında deyilir.
“Bu gün Rusiya səfirliyinin nümayəndəsi Litvanın davam edən partlayışa etirazını bildirmək üçün çağırılıb”, – bəyanatda qeyd olunub
Litva bundan əvvəl də Rusiyanın Ukraynadakı hərəkətlərini dəfələrlə pisləyib və Moskvaya qarşı sanksiyaların sərtləşdirilməsi təşəbbüslərini dəstəkləyib.