Peru hakimiyyəti Ukrayna ordusunu hərbi texnika ilə təmin etməkdən çəkinir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS-a Rusiyanın Perudakı səfiri İqor Romançenko məlumat verib.
“Peru Kiyevə Rusiya (Sovet. – RT) istehsalı olan hərbi texnika verməkdən çəkinir”, – diplomat bildirib.
Bundan əvvəl Rusiyanın Perudakı səfiri İqor Romançenko ABŞ-ın Perunu Rusiya və Sovet hərbi texnikasını Kiyevə köçürməyə razı salmaq cəhdlərinin uğursuz olduğunu bildirib.