Serbiya hakimiyyəti Rusiyaya qarşı sanksiyalar və ya digər məhdudlaşdırıcı tədbirlər, o cümlədən viza ilə bağlı tədbirlər tətbiq etmək niyyətində deyil.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RTVI-ya Rusiyanın respublikadakı səfiri Aleksandr Botsan-Xarçenko məlumat verib.
Səfir qeyd edib ki, belə niyyətlərin olmaması ən yüksək səviyyədə dəfələrlə təsdiqlənib.
Üstəlik, Rusiyaya qarşı hər hansı istiqamətdə tədbirlərin sərtləşdirilməsi gözlənilmir.
O, Serbiyanın ittifaqa daxil olmaq istəyi ilə bağlı 2026-cı ilin sonuna qədər Avropa İttifaqı (Aİ) ilə viza siyasətini uyğunlaşdıracağı ilə bağlı məlumatı belə şərh edib. Qeyd olunur ki, Aİ-nin viza siyasəti Rusiya ilə viza rejiminin tətbiqini nəzərdə tutur.