Rusiya səfiri Ukraynanın müharibə abidələrindəki mərasimlərdə iştirakını təsdiqləyibbackend

Rusiya səfiri Ukraynanın müharibə abidələrindəki mərasimlərdə iştirakını təsdiqləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya Federasiyasının Norveçdəki səfiri Teymuraz Ramişvili Ukraynanın müharibə xatirələrindəki mərasimlərdə iştirakını təsdiqləyib. Bu barədə RİA Novosti məlumat yayıb.

Onun sözlərinə görə, Rusiya tərəfi nəinki etiraz etmir, həm də “SSRİ-nin digər xalqlarının”, o cümlədən Ukraynanın nümayəndələrinin iştirakını alqışlayır. O, bunun təkcə Kirkenesdəki mərasimə deyil, Norveçin digər bölgələrinə də aid olduğunu vurğulayıb.

O, Qızıl Ordunun tərkibində belaruslar, qazaxlar, ukraynalılar, eləcə də SSRİ-nin digər xalqlarının nümayəndələrinin döyüşdüyünü vurğulayıb. O əlavə edib ki, SSRİ-nin beynəlxalq səviyyədə tanınmış varisi olan Rusiyadan belə mərasim keçirmək hüququnu heç kim əlindən ala bilməz.