Rusiya səfiri yeni anti-Rusiya sanksiyalarını qeyri-qanuni hiylələr adlandırıbbackend

Rusiya səfiri yeni anti-Rusiya sanksiyalarını qeyri-qanuni hiylələr adlandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyaları şərh edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə diplomatik missiyanın Telegram kanalı məlumat yayıb.

“Bu, ABŞ-ın son günlər həyata keçirdiyi çoxsaylı rusofob hərəkətlərinin davam etdirilməsinin nümunəsidir. Bunlara Kiyevə çoxmilyardlıq yardım “paketi”, marionetlərə təhlükəli uzaqmənzilli sursatların tədarükü, rejimə bəzi müvəqqəti təhlükəsizlik zəmanətləri vədləri daxildir”, – Antonov bildirib.

Diplomatın sözlərinə görə, ABŞ bu cür “qanunsuz hiylələrlə” başqa ölkələrlə əməkdaşlığa ziyan vurur.