Rusiya səfirliyi: Avstraliyadan gətirilən Abrams tankları Ukraynada yanacaqbackend

Rusiya səfirliyi: Avstraliyadan gətirilən Abrams tankları Ukraynada yanacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstraliyanın Kiyevə təqdim edəcəyi istismardan çıxarılan M1A1 Abrams tankları Ukraynada yandırılacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiyanın Avstraliyadakı səfirliyi öz Telegram kanalında məlumat yayıb.

“M1A1 Abrams tankları əvvəllər hədiyyə edilmiş Bushmasterlər kimi yanacaq. Kiyev rejimi ona hansı silahı versə də, qalib gələ bilməz”, – mesajda deyilir.

Diplomatlar qeyd ediblər ki, döyüş tanklarının çatdırılması Avstraliyanın Qərbin Rusiyaya qarşı proksi müharibəsində iştirakında növbəti addımdır. Onlar avstraliyalı siyasətçiləri “öyünən reflekslərindən qurtulmağa və reallıqla üzləşməyə” çağırıblar.