Moldova hakimiyyətinin Dnestryanı problemlərini güc yolu ilə həll etmək cəhdləri cavabsız qalmayacaq.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiyanın Moldovadakı səfirliyi rəsmi Telegram kanalında müvafiq bəyanat dərc edərək xəbərdarlıq edib.
Diplomatik nümayəndəlik qeyd edib ki, Moldovada bəzi “qaynar adamlar” Dnestryanı problemin güc yolu ilə həllinə çağırırlar. Bütün bunlar “məmurların razılığı ilə” baş verir.
“Biz dəfələrlə xəbərdarlıq etmişik ki, bu cür hərəkətlər cavabsız qalmayacaq”, – bəyanatda vurğulanır.