Rusiya səfirliyi erməni əsgər ailələrinin şikayətinə baxmadı – VİDEObackend

Rusiya səfirliyi erməni əsgər ailələrinin şikayətinə baxmadı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün bir qrup Ermənistan vətəndaşı müharibədə itkin düşmüş övladlarından xəbər almaq üçün Rusiya səfirliyinə üz tutub.

NOCOMMENT.az xəbər verir ki, ermənilər səfirlikdə onların müraciətinə baxılmadığını bildiriblər.

Qeyd olunub ki, səfirlikdən heç kim etika xatirinə itkin hərbçilərin yaxınlarının məktubunu qəbul etməyib.

“Yetər daha, bu dövlətdən iyrənirik. Bizim dövlətimiz yoxdur. Artıq 112 gündür…” , – aksiya keçirən əsgər valideynlərindən biri deyib.

O, etiraz əlaməti olaraq səfirliyin qəbul etmədiyi zərfi açıb, itkin düşmüş hərbçilərin adları yazılmış məktubu cıraraq səfirliyin poçt qutusuna atıb. Əsgər anası onu da söyləyib ki, sabiq prezident Robert Koçaryana müraciət ünvanlamağa hazırlaşırlar.