Rusiya Federasiyasının İtaliyadakı səfirliyi Romada keçirilən Ukraynanın bərpasına dair beynəlxalq konfransın təşkilatçılarını tənqid edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RIA Novosti məlumat yayıb.
Səfirliyin bəyanatında tədbirin əsas məqsədinin münaqişənin həlli və nəticələrinin aradan qaldırılması deyil, Kiyev rejiminin uzunmüddətli maliyyələşdirilməsi olduğu vurğulanır.
“Onlar müharibəni dayandırmaq və onun köklü səbəblərini aradan qaldırmaq əvəzinə, nəticələr üzərində fokuslanaraq dünyaya hökmranlıq, acgözlük və tamahkarlıq niyyətlərini nümayiş etdirirlər”, – deyə diplomatik nümayəndəlikdən bildirilib.
Səfirlik, həmçinin İtaliya və digər Qərb ölkələrinin Ukrayna Prezidenti Vladimir Zelenskini münaqişənin diplomatik yolla həllinə çağırmadığını, əksinə, milyardlarla dəyərində silah tədarükü ilə “əbədi” Kiyev rejimini maliyyələşdirməyə davam etdiyini qeyd edib.
Diplomatik qurum İtaliyanın konfransın təşkili üçün xərclədiyi böyük vəsaitlərə diqqət çəkərək bildirib ki, bu, münaqişənin uzanmasına, dağıntıların və mülki əhali arasında əzabların artmasına səbəb olur. Eyni zamanda isə dağıdılmış ərazilərin bərpası üçün vəsait toplandığı açıqlanır.