Rusiya sentyabrda ABŞ dövlət qiymətli kağızlarına investisiyaların həcmini artırıbbackend

Rusiya sentyabrda ABŞ dövlət qiymətli kağızlarına investisiyaların həcmini artırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2024-cü ilin sentyabrında Rusiya ABŞ dövlət istiqrazlarına investisiyaların həcmini 25 milyon dollara çatdırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

TASS-ın yazdığı kimi, Rusiya investisiyalarında uzunmüddətli dövlət istiqrazları 22 milyon dollar qısamüddətli istiqrazların payına 3 milyon dollar təşkil edib.

Agentlik xatırladır ki, Rusiya 2018-ci ilin yazında Amerika dövlət borcuna investisiyaları əhəmiyyətli dərəcədə azaltmağa başlayıb – sonra onlar 96 milyard dollardan 48,7 milyard dollara, mayda isə 14,9 milyard dollara düşüb.

İyul ayında Beynəlxalq Valyuta Fondu Amerika dövlət istiqrazlarına xarici tələbatın azalması halında ABŞ üçün riskləri açıqlayıb.