Rusiya sərhədçiləri Zəngəzurdakı postları sökürbackend

Rusiya sərhədçiləri Zəngəzurdakı postları sökür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya sərhədçiləri Ermənistanın Zəngəzur (Sünik) rayonundakı postlarını sökməyə başlayıblar.

NOCOMMENT.az yenisabah.az-a istinadən xəbər verir ki, onlar Gorus və Qafanın Çakaten arasındakı ərazidə mobil yerləşdirmə məntəqələrini bağlamağa başlayıblar.

Rusiya sərhədçiləri 44 günlük müharibədən sonra – 2020-ci ilin dekabrında bu ərazidə məskunlaşıblar.

Qeyd edək ki, bir müddət əvvəl Ermənistan parlamentinin hakim fraksiyasının rəhbəri Hayk Konjoryan Rusiya hərbçilərinin və sərhədçilərinin Qeqarkunik, Sünik, Tavuş, Ararat və Vayots Dzor bölgələrindən çıxarılacağını elan edib.

Öz növbəsində Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, mayın 8-də Moskvada iki ölkə liderlərinin görüşündə Rusiya hərbçilərinin və sərhədçilərinin Ermənistanın bir sıra rayonlarından çıxarılması razılaşdırılıb.