Rusiya sərhədində atışma: Ölən varbackend

Rusiya sərhədində atışma: Ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna ilə Rusiya arasındakı sərhəddə atışma baş verib.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Federal Təhlükəsizlik xidməti məlumat yayıb.

Məlumata görə, üç silahlı şəxs Rusiya sərhədini Ukrayna tərəfdən keçməyə çalışıb. Qanunsuz sərhəd keçmə cəhdinin qarşısı alınıb.

Bildirilib ki, tərəflər arasında atışma zamanı üç nəfərdən biri ölüb, ikisi isə qaçıb.

Ukrayna Sərhəd Xidməti isə sərhəddə hər hansı atışma səsi eşidilmədiyini və bu barədə onlarda heç bir informasiya olmadığını bildirib. Qurumdan verilən açıqlamada eyni zamanda Rusiyanın da onlara bununla bağlı hər hansı məlumat vermədiyi qeyd edilib.