Rusiya silah və hərbi texnika istehsalını artırır – Baş nazirbackend

Rusiya silah və hərbi texnika istehsalını artırır – Baş nazir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın silah və hərbi texnika istehsalı son bir ildə kəskin artıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiyanın Baş naziri Mixail Mişustin çərşənbə axşamı bildirib ki,

“[Ordu tələblərinin ödənilməsi üzrə] koordinasiya şurası yaradılandan bəri bütün maddələr üzrə istehsal həcmi əhəmiyyətli dərəcədə genişləndirilib. Müdafiə Nazirliyinin əlavə tələbatı nəzərə alınaraq, sınaqdan keçirilmiş məhsulların istehsalına başlanılıb. Yeni məhsullar əsasında istehsal gücləri genişləndirilir”, – deyə o əlavə edib. 

Onun sözlərinə görə, belə məhsullara silahlar, döyüş maşınları, o cümlədən radioelektron müharibə, texniki rabitə vasitələri, naviqasiya avadanlıqları daxildir.

“Kompanent bazası genişləndirilir, o cümlədən elektronika sektorunda idxalın əvəzlənməsi prosesinin bir hissəsi kimi”, – o qeyd edib.

Baş nazirin sözlərinə görə, şuranın işçi qruplarının nümayəndələri istehsalat obyektlərinə baş çəkirlər ki, bu da qərarların qəbulunu sürətləndirir.

O, həmçinin xatırladıb ki, hazırda müəyyən komponentlərin fasiləsiz tədarükünü təmin etmək və şirkətlərin borclarını azaltmaq üçün tədarük zəncirlərini tənzimləmək üçün səylər göstərilir.