Rusiya Silahlı Qüvvələri uşaq bağçasını vurdu – Ölən varbackend

Rusiya Silahlı Qüvvələri uşaq bağçasını vurdu – Ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Rusiya hərbçiləri Kramatorskaya raket zərbəsi endirib, mərmi uşaq bağçasının yaxınlığına düşüb.

NOCOMMENT.az bildirir ki, bu barədə Donetsk Regional Hərbi Administrasiyasının rəhbəri Pavel Kirilenko Telegram-da yazıb.

“Səhər saatlarında ruslar Kramatorska raket hücumu həyata keçiriblər – raket uşaq bağçasının yaxınlığında düşüb. Biz zərbənin nəticələrini müəyyənləşdiririk”- rəsmi məlumatda deyilir.

“Rus ordusu şəhərə 3 raket zərbəsi endirib” Ukrayna Prezident Aparatının rəhbərinin müavini Kirilo Timoşenko bildirib.

Bir nəfər ölüb.

Kirilenkonun sözlərinə görə, Donetsk vilayətində vəziyyət, işğalçı ilə davam edən döyüşlər səbəbindən kifayət qədər təhlükəlidir. O əlavə edib ki, hazırda Kramatorskda 77 minə yaxın insan yaşayır.

Xatırladaq ki, yanvarın 2-dən 3-nə keçən gecə ruslar Ukraynanın Kramatorski əyalətini atəşə tutub və 40-dan çox evə ziyan dəyib. Şəhərə raket hücumu Fransanın TF1 telekanalı tərəfindən canlı yayımlanıb.

2022-ci il dekabrın əvvəlində təkcə Kramatorskda 370 yaşayış binası hərbi əməliyyatlar səbəbindən istiliksiz qalıb.

Açıklama yok.