Rusiya spikeri Ermənistandakı vəziyyət barədə danışdıbackend

Rusiya spikeri Ermənistandakı vəziyyət barədə danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko Ermənistandakı vəziyyətdən danışıb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, Matviyenko məsələlərin Ermənistanın daxili işi olduğunu vurğulayıb.

“Biz bütün erməni siyasi partiyalarını, qüvvələrini, Ermənistan rəhbərliyini ölkədəki hadisələrin sülh yolu ilə və yerli qanunvericiliyə uyğun həll olunması üçün hər şeyi etməyə çağırırıq”, – deyə spiker qeyd edib.

Matviyenko Rusiyanın Ermənistandakı vəziyyəti həyəcanla izlədiyini və erkən sabitləşməsində maraqlı olduğunu da söyləyib:  “Əlbətdtə ki, bütün bunları narahatlıqla izləyirik və Ermənistandakı vəziyyətin ən qısa zamanda sabitləşməsində maraqlıyıq. Bu, Ermənistanın özü üçün, erməni xalqı üçün, bölgədəki sabitlik üçün vacibdir…”