Rusiyanın Ukrayna ərazisində “Starlink” peyklərindən istifadə edib-etməməsinə dair iddialar araşdırılır.
NOCOMMENT.az “Reuters”ə istinadən xəbər verir ki, məlumata görə, ABŞ-nin Nümayəndələr Palatasının demokratları “Space-X”in bu istiqamətdə hansı işlər gördüyünü müəyyən etməyə çalışır.
Qeyd edilib ki, Rusiyanın “Starlink” terminallarından sərhədləri xaricində sui-istifadə etməsi Ukraynanın və ABŞ-nin milli təhlükəsizliyinə ciddi təhdiddir.