Rusiya sülhməramlıları təxribaxtlara davam edirlər – AÇIQLAMAbackend

Rusiya sülhməramlıları təxribaxtlara davam edirlər – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya sülhməramlıları öz missiyalarını yerinə yetirmirlər. Ermənilərə qanvermə aksiyasında iştirak edir, su daşıyır, hətta taxıl biçinində onlara yardım edirlər”.

Siyasi ekspert Rusif Məmmədsoy bu barədə NOCOMMENT-ə açıqlamasında bildirib.

“Ermənistan tərəfi sərhəd boyu atəşkəsi pozur, Laçın dəhlizi vasitəsilə silahlı ermənilər Azərbaycan suveren ərazilərinə daxil olur. Bunun cavabını kim verəcək? Və ya bunun hesabını kimdən soruşaq ? Rusiya müdafiə naziri Sergey Şoyqu Ermənistana bildirib ki, biz sizi silahlandırmaqda yardım edəcəyik. Məncə artıq bu bütün suallara cavab verir”, – deyə ekspert bildirib.

Ekspert əlavə edib: “Rusiya sülhməramlıların burda olma səbəbi ondan ibarətdir ki, iki ölkə arasındakı problemləri yoluna qoysun, sərhədlərin delimitasiya və demarkasiyası prosesini sürətləndirsin və.s. Ancaq görürük ki, biz yenidən anti-terror əməliyyatlarına başlamalıyıq. Yoxsa Rusiya bu məsələnin həllində maraqlı görünmür”.

Nərmin VÜQARQIZI