Rusiya Şuşaya atılan raketlə bağlı araşdırmalara başlayıbbackend

Rusiya Şuşaya atılan raketlə bağlı araşdırmalara başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya və Azərbaycan hərbçiləri Bakının Dağlıq Qarabağda “İsgəndər-M” raketlərinin qalıqlarının tapılmasına dair yaydığı məlumatlara bağlı müzakirələr aparırlar”.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Rusiya və Azərbaycan prezidentləri arasında telefon danışığında “İsgəndər”in qalıqlarının tapılması mövzusunun qaldırılıb-qaldırılmadığına dair sualı cavablandırarkən bildirib.

“Hərbçilərin xətti ilə sıx dialoq aparılır. Bütün müvafiq məsələlər müzakirə olunur”, – deyə o bildirib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 13-də ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib ki, rusiyalı həmkarı Vladimir Putinlə Şuşada “İsgəndər-M” raketlərinin qalıqlarının tapılması məsələsini müzakirə edib.