Rusiya Tacikistana 270 ton buğda göndəribbackend

Rusiya Tacikistana 270 ton buğda göndərib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Tacikistana 270 ton buğda verib.

NOCOMMENT.az xəbər verir ki, RİA Novosti bu barədə Rusiyanın Düşənbədəki səfirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Rusiyanın Tacikistandakı səfirliyinin nazir-müşaviri Vera Xutorskayanın sözlərinə görə, buğda uşaqları qida ilə təmin etmək üçün kənd yerlərinə çatdırılıb.

“Ərzaq tədarükü davam edəcək, biz məmnuniyyətlə qeyd edirik ki, proqramın icrası effektiv və sabitdir – biz yaxşı nəticələr əldə edirik”, – deyə o vurğulayıb.