Rusiya “Taliban”la tam hüquqlu əlaqələr qurmağa yaxındırbackend

Rusiya “Taliban”la tam hüquqlu əlaqələr qurmağa yaxındır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Əfqanıstanda yenidən hakimiyyətdə olan “Taliban”la tam hüquqlu əlaqələr qurmağa yaxındır.

NOCOMMENT.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib. Onun sözlərinə görə, əgər əvvəllər “Taliban” terrorçu hesab olunurdusa, indi Amerika hakimiyyəti terrorçuların ortağıdır.

Medvedev Rusiyanın qlobal terrorizmlə mübarizə üçün yeni alyans yaratmalı olduğunu söyləyib. O, ABŞ-ni Rusiyaya hibrid müharibə elan etməkdə günahlandırıb.

O qeyd edib ki, ABŞ Bandera hökuməti qidalandırır və maliyyələşdirir. Medvedev Baydeni tarixi bilərəkdən düzəliş cəhdlərində ittiham edib. Rusiyalı diplomat bu siyasətin ABŞ üçün yaxşı bitməyəcəyini vurğulayıb.